Bağdad yenə qana boyandı: 6 ölü, 13 yaralı

Bağdad yenə qana boyandı: 6 ölü, 13 yaralı

İraqın paytaxtı Bağdadda bomba yüklənmiş avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb, 13-ü isə yaralanıb. Axar.az xəbər verir ki, Karrada səmtində yerləşən Rübai körpüsü yaxınlığında həyata keçirilən teraktın hədəfi iaşə obyektləri olub.

Ərazi mühasirəyə alınıb. Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə