Türkiyə Pakistanı təyyarə detalları ilə təmin edəcək

Türkiyə Pakistanı təyyarə detalları ilə təmin edəcək

Türkiyə Pakistanı 119 milyon 395 min 245 türk lirəsi dəyərində olan T-37 təyyarə detalları ilə təmin edəcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin rəsmi qəzeti məlumat yayıb. 9 mart 2017-ci ildə ölkələr arasında əldə edilən razılaşma bu gündən etibarən icra ediləcək.

Göndəriləcək detallar tamamlandıqdan sonra Pakistanın Türkiyədəki səfirliyinə məlumat veriləcək. Qeyd edək ki, T-37 reaktiv təlim təyyarəsi sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə