Suriyanın şimal-şərqində Qərb koalisiyasının endirdiyi aviazərbə nəticəsində dinc sakinlərin öldüyü barədə yeni məlumatlar yayılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, koalisiya aviasiyasının əl-Kuriya şəhərini bombalaması nəticəsində ən azı beş nəfər ölüb.
Ekspertlər bildirib ki, yerüstü qüvvələrin Rəqqaya hücumu zamanı ABŞ koalisiyası hava zərbələri tətbiq etməyə başlayıb. Bundan əvvəl isə koalisiya qüvvələri mayın 11-də Deyr əz-Zor rayonunda hədəfsiz zərbə endiriblər, nəticədə 10 dinc sakin ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB