Suriyaya çatdırılan silahlar hələ ki, SDQ-yə verilməyib. Axar.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Ceff Devis deyib. "Həmin silahlar artıq atışma bölgələrindədir. Lakin YPG-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinə (SDQ) verilməyib. Bu silahların yalnız İŞİD-ə qarşı istifadə ediləcəyi ilə bağlı qarantiya veririk. Təbii ki, proses daim nəzarətdə saxlanılacaq", - Pentaqon rəsmisi bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp YPG-yə iri çaplı silahların verilməsi ilə bağlı sərəncam imzalamışdı. Türkiyənin etirazına cavab olaraq isə ABŞ bu silahların savaşın sonunda geri alınacağını, başqa əllərə düşəcəyi təqdirdə isə yardımın dərhal dayandırılacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB