İtaliyada güclü partlayış olub

İtaliyada güclü partlayış olub

İtaliya paytaxtı Romanın mərkəzindəki küçələrdən birində güclü partlayış olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi hissəsindəki Aventino küçəsində, poçt bölməsi yaxınlığında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər gəlib. Partlayıcı qurğunun bağlamada ola biləcəyi istisna edilmir.

Hadisənin baş vermə şəraiti aydınlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə