Türkiyədə 2 əsgər şəhid olub

Türkiyədə 2 əsgər şəhid olub

Türkiyənin Ağrı vilayətinin Doğubəyazid rayonunda antiterror əməliyyatları əsnasında PKK terrorçuları ilə əsgərlər arasında yaşanan qarşıdurmada 2 Türkiyə əsgəri şəhid olub, 11-i yaralanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qarşıdurma Tendürek dağı ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı baş verib. Qarşıdurma nəticəsində beş terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Yaralı əsgərlərdən vəziyyəti ağır olan 2 nəfər Vana, digər 9 yaralı isə Doğubəyazid dövlət xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə