Qəzet baş redaktoru saxlanıldı

Qəzet baş redaktoru saxlanıldı

Türkiyədə "Cumhuriyet" qəzetinin internet saytının baş redaktoru Oğuz Güvən saxlanılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, evində səhər saatlarında keçirilmiş əməliyyat zamanı tutulan Güvən İstanbul polis idarəsinə aparılıb.

Güvənin Dənizli vilayətinin prokuroru Mustafa Alperin ölümü ilə əlaqədar yazdığı xəbərlə bağlı saxlanıldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə