"PKK-ya heç vaxt silah vermədik, heç vaxt da verməyəcəyik." Axar.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Ceyms Mattis deyib. ABŞ-ın silah yardımı ilə bağlı Türkiyənin narahatlığını qəbul etdiyini deyən Mattis Türkiyənin PKK-ya qarşı mübarizəsinə dəstək verdiklərini qeyd edib. Mattis Türkiyənin PKK-ya qarşı apardığı əməliyyatın öhdəsindən gələcəyinə heç bir şübhəsi olmadığını söyləyib.
Qeyd edək ki, ABŞ YPG-ni terror təşkilatı olaraq qəbul etmir. YPG-yə verilən silahların isə savaşdan sonra geri alınacağı ilə bağlı Türkiyəni əmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB