Londonda Türkiyənin Baş naziri Binəli Yıldırımla İngiltərə Baş naziri Tereza Mey arasında görüş keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüş İngiltərə və Birləşmiş Millətlər Təşkilatının (BMT) ev sahibliyi ilə Londonda təşkil edilən Somali konfransı çərçivəsində baş tutub. Yıldırım İngiltərədə keçiriləcək seçkilərlə bağlı həmkarına müvəffəqiyyət diləyib.
Görüşdə "Brexit" prosesi və ikitərəfli əlaqələr müzakirə edilib. Həmçinin iki ölkə üçün vacib olan regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB