Türkiyənin YPG məsələsində mövqeyi tam aydındır, qarışıq durum yoxdur. Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Baş naziri Binəli Yıldırım çıxış edib. "Türkiyənin bu məsələdə mövqeyi tam dəqiqdir. Hər hansı bir qarışıq durum yoxdur. Türkiyə bölgədə PKK-nın başqa bir terror təşkilatına (İŞİD-ə) qarşı istifadə edilməsinə qarşıdır. Bunu dəqiq bir şəkildə tərəfdaşlarımıza söyləmişik. Sonra o terror təşkilatı sizin başınıza bəla olar. Bunu ABŞ çox yaxşı bilir", - Yıldırım qeyd edib.
Qeyd edək ki, bir müddət öncə ABŞ Müdafiə naziri Ceyms Mattis Türkiyənin YPG ilə bağlı narahatçılığının qarışıq durum olduğunu və rəsmi Ankaranın narahatçılığını aradan qaldıracaqlarını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB