Çində kömür mədənində qəza olub, 3 nəfər ölüb

Çində kömür mədənində qəza olub, 3 nəfər ölüb

Çinin Hunan əyalətində kömür mədənində qəza baş verib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 3 mədənçi həlak olub, çox sayda yaralanan var.

Məlumatda deyilir ki, 10-dan çox mədənçi dağıntılar altında qalıblar. Xəsarət alanların dəqiq sayı barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə