"Bəşər Əsəd Türkiyə-Suriya sərhədini ələ keçirmək istəyir"

"Bəşər Əsəd Türkiyə-Suriya sərhədini ələ keçirmək istəyir"

Bəşər Əsəd Türkiyə-Suriya sərhədini ələ keçirmək istəyir. Axar.az xəbər verir ki, bu sözləri Əhrar əş-Şam qruplaşmasının lideri Əbu Əmmar Anadolu Agentliyinə açıqlamasında deyib.

"Əsəd rejimi, Rusiya və onların digər müttəfiqləri regionda PKK-nın nüfuzunu artıraraq qardaşımız Türkiyə ilə aramızdakı sərhədi ələ keçirmək istəyir. Dolayısıyla həm Suriya inqilabını boğmaq, həm də Türkiyəni təhlükəli duruma atmaq istəyirlər. Bizlər bu cəhdləri boşa çıxarmaq üçün əlimizdən gələni edəcəyik", - Əmmar bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə