Türkiyədə əsgərləri daşıyan avtomobil aşıb

Türkiyədə əsgərləri daşıyan avtomobil aşıb

Türkiyənin Şırnak vilayətinin Cizrə mahalında hərbçiləri daşıyan zirehli avtomobil aşaraq dərəyə yuvarlanıb. Axar.az xəbər verir ki, hadisə nəticəsində 11 hərbçi yaralanıb. Olayın Saklan dərəsi ərazisində baş verdiyi bildirilib. Yaralıların ətrafdakı sürücülərin yardımı ilə xəstəxanaya çatdırıldığı vurğulanıb. Qəzanın hansı səbəbdən baş verdiyi bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə