"Xahiş edirəm, "İslamafobiya" kəlməsindən daha istifadə etməyək." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş Kastamonu Universitetində çıxışı zamanı deyib. O, həmin sözün islam əleyhdarları tərəfindən yaradıldığını bildirib:
"İslam dünyası iki böyük təhlükə ilə qarşı-qarşıyadır: birincisi, müsəlmanların güc, izzət və şərəf itirməsi ilə bağlıdır; ikinci, Osmanlı dövlətinin məhv edilməsi ilə müsəlmanlar özünə qapandı. Təəssüf ki, müsəlmanların gücsüz qalması nəticəsində beynəlxalq toplumda islamafobiya adlanan məfhum yaradıldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB