Reks Tillersonla Sergey Lavrov arasında telefon danışığı olub

Reks Tillersonla Sergey Lavrov arasında telefon danışığı olub

ABŞ Dövlət katibi Reks Tillersonla rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan telefon danışığında iki ölkə arasında yaradılacaq əlaqələr məsələsində razılığa gəlinib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

"Danışığın ən diqqət çəkən tərəfi Suriya böhranının həlli idi. Astana görüşləri nəzərə alınaraq, Suriyada sabitliyin bərpası, atəşkəsin qorunması, terrora qarşı mübarizə yolları ilə bağlı müzakirə aparılıb", - XİN-in bəyanatında deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə