Rus general: "Suriyanın 4 yerə bölünməsi Putinin planıdır"

Rus general: "Suriyanın 4 yerə bölünməsi Putinin planıdır"

"Suriyada 4 təhlükəsizlik zonasının yaradılması ilə bağlı əldə edilən müqavilə 6 maydan etibarən qüvvəyə minəcək." Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Müdafiə Nazirinin müavini Aleksandr Fomin çıxış edib.

Fomin bu müqavilənin tərəflər arasında müharibənin dayandırılmasına gətirib çıxaracağını və bunun Suriyada böhranın həlli məsələsində çox önəmli olduğunu vurğulayıb. Sazişin Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə hazırlandığını bildirən Fomin Rusiya, İran, Türkiyə, Suriya, İsrail və digər ölkələrin xüsusi xidmət orqanları arasındakı təmasların Suriyadakı gərginliyin azaldılması məsələsinə töhfə verdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə