Dəməşq və suriyalı müxaliflər arasında Qazaxıstanın paytaxtı Astanada əldə edilən razılaşma ölkədə sülhə səbəb olacaq. Axar.az xəbər verir ki, bunu Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
"Suriyada sülh prosesinin başladığını düşünürəm. Belə ki, bu proses Astanada deyil, daha əvvəl başlamışdı. Suriyada əldə edilən razılaşma gerçək bir uğurdur. Bu yalnız Rusiya üçün deyil, bütün Suriya xalqı üçün belədir. Bu müqavilənin Suriyaya tam sülh gətirəcəyinə ümid edirik", - Lavrentyev qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB