Putinin nümayəndəsi: "Vaşinqton və Ər-Riyadla aktiv çalışmaq istəyirik"
Suriya böhranının həlli üçün Vaşinqton və Ər-Riyadla aktiv çalışmaq istəyirik. Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib. "Ankara və Tehranla Suriya məsələsində aktiv çalışırıq. Eyni zamanda ABŞ-la da təmasları arıtırmaq üçün əlimizdən gələni edirik. Bölgədəki önəmli ölkələr Misir və Səudiyyə Ərəbistanı ilə də çalışacağıq. Qətərin Suriya böhranı kimi çətin məsələdə addım atacağını düşünürük", - Rusiya rəsmisi bildirib.
Qeyd edək ki, dünən Astana sammitində Suriyanın 4 təhlükəsizlik zonasına bölünməsi ilə bağlı müqavilə imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB