Erməni əsgəri minaya düşüb

Erməni əsgəri minaya düşüb

Ermənistanın Tavuş vilayətində minanın partlaması nəticəsində hərbçi yaralanıb. APA-nın "News.am"-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib. Onun sözlərinə görə, yaralı hərbçi Berd şəhərinin hərbi hospitalına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə