Bərzani 2 şəxs haqqında edam qərarı verdi

Bərzani 2 şəxs haqqında edam qərarı verdi

İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani imam Hoşyar İsmayılın qətlində günahkar bilinən 2 şəxslə bağlı çıxarılan edam qərarını təsdiqləyib. Axar.az xəbər verir ki, sözügedən şəxslərin ən qısa zamanda edam ediləcəyi bildirilib.

Qeyd edək ki, 22 noyabr 2016-cı ildə İraq Kürdüstan İslami Birliyinin (Yekgirtu) rəhbəri və məscid imamı Hoşyar İsmayıl evinin önündə silahlı şəxslər tərəfindən öldürülmüşdü. İmamın qətlində şübhəli bilinən şəxslər 5 gün sonra yaxalanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə