Türkiyədən Yunanıstana xəbərdarlıq: "Münasibətlərimizə təsir göstərəcək"
"Yunanıstanın 8 qiyamçı hərbçini ölkəmizə təhvil verməməsi münasibətlərimizə ciddi şəkildə təsir göstərəcək." Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib. "Ədalətli və tərəfsiz olmasına ümid etdiyimiz yunan məhkəməsinin bu qərarı bizdə bir daha xəyal qırıqlığı yaratdı", - XİN-in bəyanatında deyilib.
Qeyd edək ki, Türkiyə XİN-nin qiyamçı hərbçilərlə bağlı növbəti tələbini yenə Yunanıstan tərəfi rədd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB