"Rus generalın meyitinə dair əlimizdə sübut yoxdur"

"Rus generalın meyitinə dair əlimizdə sübut yoxdur"

Türkiyənin Ərdahan vilayətində tapılan rus generalın meyitinin Vasili Geymana aid olması ilə bağlı əlimizdə sübut yoxdur. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. "Ehtimal edirik ki, həmin cəsət yüksək rütbəli hərbçiyə məxsusdur.Tabutda 2 metr 90 sm-lik xaç şəkli var. Bu da onu göstərir ki, həmin cəsət dini mərasimə uyğun şəkildə dəfn edilib. Hazırda məsələ ilə bağlı Qarsda araşdırma aparılır. Araşdırmadan sonra konkret nəticə əldə edəcəyik. Düşünürük ki, törəmələrinin uyğun bildiyi yerdə onun dəfn edilməsi daha məqsədəuyğundur", - sözçü bildirib.

Qeyd edək ki, sözügedən rus generalın cəsəti bir neçə gün əvvəl Ərdahanda tikinti işləri zamanı aşkarlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə