Liviya neft ailəsinə qayıdır

Liviyanın xam neft istehsalı 2014-cü ilin dekabrından indiyədək ilk dəfə sutkada 760 min barreli ötüb. Bu barədə Liviya Milli Neft Korporasiyası (NOC) məlumat yayıb.

Korporasiyanın rəhbəri Mustafa Sanalla deyib: "Şirkət gələcəkdə də hasilatı artırmağı nəzərdə tutur. Ölkə iqtisadiyyatı ixrac gəlirlərinin 95 faizini təşkil edən neft sektorundan asılıdır. Bundan başqa, neft və qaz sektoru ÜDM-in 60 faizini təşkil edir".

2016-cı ildə ölkənin neft gəlirləri 8,6 milyard dinara (6,1 milyard dollar) yaxın olub.

Bütün xəbərlər Facebook səhifəmizdə