Çinin Quycou vilayətində inşası davam edən dəmir yolu tunelində partlayış nəticəsində 12 nəfər dağıntılar altında qalıb, daha 12 nəfər isə yaralanıb.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, hadisə Dafan qəsəbəsi yaxınlığında günortadan sonra baş verib. Partlayışın qaz sızmasından baş verdiyi güman edilir. Ərazidə yüksək miqdarda karbon monoksid qazının olması itkin düşənlərin axtarış işlərini çətinləşdirib. (AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB