İŞİD terrorçuları Əfqanıstanın Çaparhar əyalətində Talibanın düşərgəsinə silahlı hücum təşkil edib. Axar.az xəbər verir ki, bunu Nanqarhar valiliyinin sözçüsü Ataullah Hoqyani deyib. O bildirib ki, hücumda 21 Taliban və 7 İŞİD-çi ölüb:
"Olay zamanı həmçinin mülki şəxslərdən də ölən olub. Məlumata görə, 3 dinc sakin həyatını itirib, 5 isə yaralanıb". Qeyd edək ki, qanlı hadisə ilə bağlı Taliban açıqlama yaymayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB