Almaniya hökumətinin Türkiyə siyasətinə qarşıyam və Ankara ilə müzakirələrin kəsilməsinin tərəfdarıyam. Axar.az xəbər verir ki, bu sözləri Almaniya Bundestaqının Xarici Əlaqələr Komissiyasının sədri Norbert Röttgen bildirib. Röttgen hökumətin Türkiyəyə qarşı mövqeyini tənqid edib: "Fikrimcə, Türkiyə kimi önəmli bir ölkə ilə siyasi oyun aparılmamalıdır. Türkiyə ilə aparılan AB-yə üzvlük müzakirələri yalnız bir oyundur. Buna görə də danışıqların kəsilməsinin tərəfdarıyam".
Röttgen bu yanlış siyasətin hökuməti intihara aparacağını və nəticədə Almaniyanın həqiqi bir Türkiyə siyasətindən məhrum olacağını da bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB