Belçikada solçu partiyanın nümayəndəsi bıçaqlanıb

Belçikada solçu partiyanın nümayəndəsi bıçaqlanıb

Belçikada solçu Əmək partiyasının mətbuat katibi Raul Hedebau 1 May tədbirlərində naməlum şəxsin hücumuna məruz qalıb. Trend-in məlumatına görə, R.Hedebau ayağından bıçaq yarası alıb. Hücuma məruz qalmasına baxmayaraq siyasətçi planlaşdırılmış çıxışına davam edib. Daha sonra isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə