Rusiyanın təyyarəsi hava burulğanına düşdü yaralılar var

Rusiyanın təyyarəsi hava burulğanına düşdü yaralılar var

"Aeroflot"un Rusiyadan Taylanda uçan təyyarəsi Banqkok aeroportunda qəza enişi edib. SİA-nın məlumatına görə, bundan öncə isə təyyarənin hava burulğanına düşməsi səbəbindən 20-yə yaxın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Rusiyanın həmin ölkədki diplomatik nümayəndəliyi məlumatı təsdiqləməklə yanaşı, xəsarət alanlar arasında xarici vətəndaşların da olduğunu bildirib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata görə, xəsarət alanlar əsasən müxtəlif dərəcəli sınıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alan sərnişinlərin əksəriyyətinin təhlükəsizlik kəmərələrini bağlamadığı məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə