Türkiyənin İstanbul şəhərinin Sarıyer səmtində 2 iranlı avtomobildə öldürülüb. Axar.az xəbər verir ki, Maslak Ayazağa küçəsində hərəkətdə olan avtomobilin qarşısını digər bir avtomobil kəsib. Bu zaman qarşıdakı avtomobildən düşən şəxslər iranlıları güllələyib. Cinayətkarların "Cip" markalı maşında olduğu ehtimal edilib. Bundan əlavə, İstanbulun Kəmərboğaz mahalında da yanan "Cip"in tapıldığı bildirilib. Qeyd edək ki, polis hadisə yerində araşdırma aparır.
***
İstanbulun Sarıyer səmtində güllənən şəxslərdən birinin GEM TV-nin iranlı rəhbəri Sael Kərimiyan, digərinin isə küveytli iş adamı olduğu bildirilib. Kərimiyanın İngiltərə vətəndaşı olduğu vurğulanıb. Məlumata görə, GEM TV türk teleseriallarının Yaxın Şərq ölkələrindəki satışı ilə məşğul idi. Qətlin məhz bu faktorla əlaqəli olduğu istisna edilmir. Cinayətkarların axtarışı ilə bağlı polis hərəkətə keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB