Türkiyə Silahlı Qüvvələri Şırnak, Hakkari, Siirt, Diyarbaəkir, Mardin, Tunceli, Bitlis və Qarsda həyata keçirdiyi antiterror əməliyyatlarında son bir həftə ərzində 112 terrorçunu məhv edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyatlarda 112 terrorçu zərərsizləşdirilib. Əməliyyat-axtarış tədbirləri zamanı 53 piyada tüfəngi, 2 pulemyot, 6 RPG-7 qumbaraatanı, bir ədəd 60 mm-lik top mərmisi, 4 snayper tüfəngi, 2 tapança və 78 ədəd qumbara ələ keçirilib.
Əməliyyatlarda terrorçulara aid 69 sığınacaq, mağara və anbar istifadəyə yararsız hala salınıb.
Əməliyyatlarda 12 əsgər şəhid olub, 15 əsgər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB