Qırğızıstanda Oş vilayətinin Ayu kəndində sürüşmə hadisəsi baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təxminən 1 milyon kubmetr torpaq sahəsi sürüşərək 6 birmərtəbəli evin üstünü örtüb.
Hadisə yerinə 33 nəfərdən ibarət xilasedicilər cəlb edilib. Hazırda hadisə yerində təhlil aparılır. İlkin məlumata görə, uçqun altında qalan evlərdə 24 nəfər olub. Hazırda 4 nəfərin öldüyü dəqiqləşdirilib. Ölən və yaralılar haqqında informasiya dəqiqləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB