şok açıqlama: "Rusiya Bəşər Əsədi müdafiə etmir"

şok açıqlama: "Rusiya Bəşər Əsədi müdafiə etmir"

Rusiya Suriya Prezidenti Bəşər Əsədi müdafiə etmir. Axar.az xəbər verir ki, bunu "RİA-Novosti" agentliyinə müsahibəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko söyləyib.

"Bizim məqsədimiz Əsədi şəxs kimi qorumaq deyil. Biz beynəlxalq hüquqa, BMT bəyannaməsinə sərt nəzarətin tərəfdarıyıq. Burada isə xaricdən dövlətlərin daxili işlərinə müdaxilə qadağan edilib. Biz İraq, Liviya və digər ölkələrdə bu cür müdaxilələrin nə nəticə verdiyini görmüşük", – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə