"Avropa Birliyi başda olmaqla, qurum və dövlətlərin 16 aprel referendumu ilə bağlı ölkəmizin demokratiyasını nəzarətdən keçirməsinə icazə verməyəcəyik." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib dünən Ərdoğan Konstitusiya Məhkəməsinin 55-ci ildönümündə çıxışı zamanı deyib.
"Zülm - ədalət mexanizmlərinin işləməməsindən qaynaqlanır. Fransada fövqəladə rejimdə səsvermənin keçirilməsinə reaksiya verməyənlərin bizi nəzarət prosesinə cəlb etməsi ayıbdır. Tarix ən böyük hakimdir. Bu günlər gəlib keçəcək. Amma hər kəsin doğruları və yanlışları ibrət olaraq ortada qalacaq. Ölkəmizin və millətimizin rifahı üçün etdiklərimizi anlamaq istəməyənlərə deyəcək sözümüz yoxdur. Biz Türkiyə olaraq doğru bildiyimiz yolda irəliləməyə davam edəcəyik", - Ərdoğan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB