Çin ABŞ-a qarşı hərəkətə keçdi

Çin ABŞ-a qarşı hərəkətə keçdi

ABŞ-ın Cənubi Koreyaya yerləşdirdiyi THAAD müdafiə sisteminə qarşı yeni silahları sınaqdan keçirəcəyik. Axar.az xəbər verir ki, bu sözləri Çin Müdafiə Nazirliyinin sözçüsü Yanq Yücün deyib. O bildirib ki, Koreya yarımadasında vəziyyət həssas və qarışıqdır: "Çin hökuməti regional sabitliyi qorumaq üçün konstruktiv addımlar atır. THAAD sistemi isə bu regionda sülhü təhlükə altına qoyur. Administrasiya həmin sistemə qarşıdır".

Qeyd edək ki, martın 8-də Cənubi Koreya hökuməti ABŞ-dan gələn THAAD sisteminin bəzi hissələrinin ölkəyə çatdığını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə