76 terrorçu zərərsizləşdirilib

76 terrorçu zərərsizləşdirilib

Əfqanıstan hərbçiləri ötən sutka ərzində ən azı 76 terrorçunu zərərsizləşdiriblər, onlardan 30-u İŞİD terror təşkilatının üzvü olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İŞİD terrorçuları ölkənin şərqindəki Nəngərhar əyalətində zərərsizləşdiriliblər.

5 İŞİD terrorçusu saxlanılıb, hərbçilər bir neçə İŞİD sığınacağını məhv ediblər, trerorçulara aid silah və hərbi inventar ələ keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə