Şimali Koreya: "Ən kəskin hücumlara adekvat cavab verəcəyik”

Şimali Koreya: "Ən kəskin hücumlara adekvat cavab verəcəyik”

Ölkəmiz ABŞ-ın təcavüzkar mövqeyinə qarşı sona qədər mübarizə aparacaq. Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb. "Əgər ABŞ bu mövqeyini davam etdirmək istəyirsə, Şimali Koreyanın bunun sonuna qədər getmək iradəsi sarsılmayacaq. Ən kəskin hücumlara belə adekvat cavab verəcəyik", - bəyanatda bildirilib.

Qeyd edək ki, tərəflər arasında gərginliyin artmasından sonra ABŞ Koreya yarımadasına hərbi gəmilər göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə