Mursinin 20 tərəfdarı edam olunacaq

Mursinin 20 tərəfdarı edam olunacaq

Qahirədə cinayət məhkəməsi Misirin sabiq prezidenti Məhəmməd Mursinin 20 tərəfdarını ölüm cəzasına məhkum edib. "Əl-Əhram" nəşrinin xəbərlər portalında yayılan məlumata görə, məhkəmənin qərarı Misirdəki bütün ölüm hökmləri kimi, baxılmaq üçün ölkənin baş müftisinə göndərilib.

Məhkəmədə baxılan iş 2013-cü il hadisələrinə aiddir. O vaxt radikalların paytaxt yaxınlığındakı polis məntəqəsinə hücumu nəticəsində 11 qanun keşikçisi həlak olmuşdu. Bu cinayət işində 183 nəfərin adı keçir. Qahirə cinayət məhkəməsi onlar barəsində 2014-cü ildə ölüm hökmü çıxarsa da, qərardan yuxarı instansiyaya şikayət verilmişdi. Digər müttəhimlər barədə məhkəmə qərarı iyulun 2-nə nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə