Əfqanıstanda ABŞ hərbi bazasının qarşısında partlayış olub

Əfqanıstanda ABŞ hərbi bazasının qarşısında partlayış olub

ABŞ-ın Əfqanıstandakı hərbi bazasının yaxınlığında törədilən partlayış nəticəsində 4 mühafizəçi həlak olub, 6-sı yaralanıb. Associated Press agentliyinin yaydığı məlumata görə, partlayış bazar ertəsi günü Host vilayətindəki ABŞ bazasının qarşısında törədilib. Vilayət polisinin rəisi Fayzulla Qurat deyib ki, terrorçu-kamikadze tərəfindən həyata keçirilən hücumun hədəfi bazanın təhlükəsizliyini təmin edən mühafizəçilər olub. Terror aktının məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb.

Xatırladaq ki, bu gün ABŞ-ın müdafiə naziri Ceyms Mettis məmurlarla və Amerika hərbçiləri ilə görüşmək üçün Əfqanıstana elan olunmamış səfər edib. Mettisin Kabilə gəlişi əfqanıstanlı həmkarı Abdullah Xan Həbibinin istefaya göndərilməsi ilə üst-üstə düşüb. Onunla eyni vaxtda quru qoşunlarının qərargah rəisi Kadam Şah Şahim də postundan uzaqlaşdırılıb.

Hər iki yüksək vəzifəli məmurun istefasının yaraqlılarının ötən cümə günü hərbi bazaya hücumu ilə bağlı olduğu bildirilir. Müxtəlif mənbələrin məlumatına əsasən, hücum nəticəsində azı 150-170 əfqan hərbçisi ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə