Rusiyalı senator: "Ərdoğan artıq azad şəkildə üzməyə başlayır"

Rusiyalı senator: "Ərdoğan artıq azad şəkildə üzməyə başlayır"

"Ərdoğan artıq azad şəkildə üzməyə başlayır." Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov Tvitter hesabında yazır. "Almaniya Türkiyə ilə üzvlük müzakirələrini dayandırılmasını istəyir. Bu, Brüsselin nüfuzunu məhdudlaşdırır. Ərdoğan da artıq sərbəst (azad mənasında) üzməyə başlayır", - senator bildirib.

Qeyd edək ki, Almaniyanın Bavariya əyalətinin Daxili İşlər naziri Yoahim Herrman Türkiyənin AB-yə üzvlüyü ilə bağlı aparılan danışıqların dayandırılmasının vacibliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə