Fransada seçicilərin 28,54 faizi səsvermədə iştirak edib

Fransada prezident seçkilərinin birinci turunda saat 14:00-dək seçicilərin 28,54 faizi səsvermədə iştirak edib.SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu, 2012-ci ildəki seçkilərin müvafiq göstəricilərini üstələyir.

Qeyd edək ki, birinci turda ən çox səs toplamış iki namizəd mayın 7-də keçiriləcək ikinci turda iştirak edəcək. Birinci turda seçkilərdə 11 namizəd qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...