Əhmədnejad heç kimi dəstəkləməyəcək

Əhmədnejad heç kimi dəstəkləməyəcək

İranda prezidentliyə namizəd kimi qeydiyyata alınmayan sabiq prezident Mahmud Əhmədinejad prezidentliyə namizədlərdən heç biri dəstəkləməyəcəyini bəyan edib. "France-Presse" agentliyinin yaydığı xəbərə görə, Nəzarət Şurası prezident postuna namizəd kimi yekun olaraq hazırkı prezident Həsən Ruhani də daxil olmaqla, 6 namizədin qeydə alındığını açıqlayıb. Namizəd kimi qeydiyyata alınmaq üçün müraciət edən M. Əhmədinejad və onun sabiq müavini Həmid Bəqayinin ərizəsi təsdiqlənməyib.

M.Əhmədinejad və H.Bəqayinin birgə imzaladığı bəyanatda onların namizədlərdən hər hansı birini dəstəkləməyəcəkləri vurğulanıb.

Qeyd edək ki, İranda prezident seçkiləri mayın 17-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə