Fransa prezidenti Fransua Olland ölkədə keçirilən prezident seçkilərində səs verib.SİA-nın məlumatına görə, səs vermək üçün Olland Tyul şəhərini seçib. O 2001-2008-cı illərdə bu şəhərin meri olub. Qeyd edək ki, Fransada bu gün yerli vaxtla saat 8:00-də prezident seçkilərində səsvermə başlayıb. Ölkədə 66,5 min seçki məntəqəsi faliyyət göstərir. Seçki məntəqələri saat 19:00-20.00-da bağlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB