Bu gün Fransafa pzident seçkilərinin birinci turu keçiriləcək.SİA-nın məlumatına görə, seçkilərdə 11 prezidentliyə namizəd mübarizə aparacaq. Namizədlərdən hər hansı birinin 50 faizdən çox səs alacağı proqnozlaşdırılmır. İlk turda ən çox səs toplayan iki namizəd mayın 7-də prezident seçkilərinin ikinci turunda yarışacaqlar. Sorğuların nəticələrinə əsasən ilk beş sırada qərarlaşan namizədlərdən 4-nün ikinci tura keçmək şansı var. İlk beşliyə radikal Milli Cəbhənin lideri Marine Le Pen, özünü mərkəzçi sayan "En Marche" (Yürüş) Hərakatının lideri Emmanuel Makron, mərkəz sağçı respublikaçıların namizədi Fransua Fiyon, radikal solun namizədi Jan-Lyuk Melanşon və hakimiyyətdəki Sosialist Partiyasının namizədi Benua Amondur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB