Bir tondan çox kokain ələ keçirildi

Bir tondan çox kokain ələ keçirildi

Kanadanın hərbi dəniz qüvvələrinə məxsus "Saskatoon" patrul gəmisi "Karibbi" – beynəlxalq narkotraffiklə mübarizə əməliyyatı çərçivəsində 1.1 tondan artıq kokain müsadirə edib. SİA-nın məlumatına görə, bu barədə ölkənin hərbi strukturunun rəsmi saytında qeyd olunub. Məlumatda bildirilir ki, keçirilmiş bir neçə uğurlu əməliyyatlardan sonra Mərkəzi və cənubi Amerikanın sahilləri yaxınlığında kontrabanda üzvlərindən 1,124 ton kokain aşkarlanaraq müsadirə edilib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə