Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı hər gün artır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, paytaxt Karakasda baş verən iğtişaşlar zamanı 20 nəfər ölüb.
Məlumatda qeyd olunur ki, soyğunçular çörəkçixananı qarət etmək istəyərkən səkkiz nəfər elektrik cərəyanının vurması nəticəsində ölüb. Daha iki nəfər, o cümlədən ticarət köşkünün sahibi qarətçilərə müqavimət göstərən zaman güllələnib.
Polis ölkənin müxtəlif bölgələrində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB