ABŞ qırıcısı Koreyada qəzaya uğrayıb

ABŞ qırıcısı Koreyada qəzaya uğrayıb

Koreya yarımadasına doğru irəliləyən ABŞ-a məxsus "Karl Vinson" təyyarədaşıyan gəmisindən havaya qalxan F-18 qırıcısı qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanması məlumat yayıb. Pilotun katalpult vasitəsilə olaydan xilas olduğu bildirilib. Qəzanın səbəbləri ilə bağlı araşdırmalar başladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə