Rumıniya ABŞ-dan “Patriot” alınması üçün müraciət edib

Rumıniya ABŞ-dan “Patriot” alınması üçün müraciət edib

Rumıniya hökuməti ABŞ-a "Patriot" hava hücumundan müdafiə sistemlərinin alınması üçün müraciət edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Defens Nyus" portalı "Patriot"ları hazırlayan "Raytheon" şirkətinə istinadən yayıb. "Rumıniya "Patriot" sistemləri almaqla özünün müdafiə potensialını genişləndirmək istədiyini bəyan edib. Biz artıq çoxdan Rumıniya ilə münasibətləri dəstəkləyirik", – deyə bəyanatda bildirilib.

Hələlik tərəflər arasında imzalanacaq müqavilənin həcminin nə qədər olduğu bilinmir. Qeyd edək ki, bundan öncə Polşa "Patriot" sistemlərini almaq istədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə