BVF: Slovakiya vergidən yayınmaya qarşı mübarizəni sərtləşdirməlidir
Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında Slovakiyaya əlavə dəyər vergisinin (ƏDV) və korporativ verginin yayındırılmasına qarşı mübarizəni davam etdirmək təklif olunub. "Vergiler.az" saytı bildirir ki, fonda görə, vergi qanunvericiliyinin kobud şəkildə pozulması sayəsində dövlətin vergi gəlirləri nəzərdə tutulan maksimum göstəricidən əhəmiyyətli dərəcədə az olub. Vergi qaçaqlığı əsasən tikinti, ticarət və nəqliyyat xidmətləri sektorlarında özünü daha çox göstərir.
BVF-nin hesabatında vurğulanıb ki, korporativ verginin nizamlanması və şəffaf sisteminin yaradılması 2019-cu ilədək büdcəni balanslaşdırmağa imkan yaradacaq. Bundan əlavə, Slovakiya ÜDM-dəki vergi gəlirlərini ƏDV, əmlak vergisi və ekoloji yığımlar vasitəsilə 2 faiz artıra bilər.
Slovakiya bu vergilərin dərəcələrinə görə ən aşağı göstəricilərə malik olan üç ölkə siyahısına daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə