PKK terrorçularına qarşı əməliyyat keçirilib İki türk əsgəri şəhid olub

PKK terrorçularına qarşı əməliyyat keçirilib İki türk əsgəri şəhid olub

Türkiyənin Şırnak vilayətində terrorla mübarizə çərçivəsində keçirilmiş əməliyyatlar zamanı təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında qarşıdurma baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Uludərə rayonunun Andaç bölgəsində baş vermiş qarşıdurmada iki Türkiyə əsgəri şəhid olub, ikisi yaralanıb. Qarşıdurma bölgəsinə əlavə hərbi qüvvə cəlb edilib, genişmiqyaslı əməliyyat başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə