Türkiyənin Rusiya ilə yaxınlaşması mənafeyimizə uyğun deyil. Axar.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel deyib.
"Biz antidemokratik yollarla nələrsə etməyə çalışanları dəstəkləmək istəmirik. Lakin Türkiyənin AB-nin birbaşa qonşusu olduğunu bilirik. Avropanın qonşusu olduğu üçün Türkiyəni dəstəkləməyə ehtiyacımız var. 80-ci illərdə Türkiyədə hərbi diktatura hökm sürürdü. Lakin o zaman heç kim bu ölkənin NATO-dan çıxarılması ilə bağlı fikirlər dilə gətirmədi. Çünki hamı bilirdi ki, bu durum Türkiyəni SSRİ ilə yaxınlaşdıracaq və nəticədə bizim zərərimizə olacaqdı. Ona görə mən düşünürəm ki, Türkiyədə demokratik qüvvələri dəstəkləməliyik və görüşləri davam etdirməliyik", - XİN rəhbəri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB